ABŞ-nin keçmiş prezidenti Donald Tramp qısamüddətli həbsdən sonra seçki kampaniyası üçün təxminən 7,1 milyon dollar ianə toplayıb.
Bu barədə “Politico” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Tramp təkcə avqustun 25-də 4,18 milyon dollar ianə toplaya bilib. Buna qədər Trampın seçki qərargahı indiyə qədər heç vaxt 24 saat ərzində bu qədər böyük məbləğ toplaya bilməyib.
Keçmiş ABŞ prezidentinin seçki qərargahı bildirib ki, son üç həftə ərzində o, kampaniyaya 20 milyon dollara yaxın ianə cəlb edə bilib.
Yenidən seçilmək istəyən hazırkı Amerika lideri Cozef Bayden bu ilin ikinci rübündə kampaniya üçün təxminən 72 milyon dollar toplayıb.
ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.