15 C
Baku
Wednesday, May 15, 2024

“Azərbaycanla Litva arasında ticarət dövriyyəsi $60 mln. təşkil edir”

“Son 4 ildə Azərbaycanla Litva arasında ticarət dövriyyəsi təxminən 2 dəfə artıb”.

Bunu Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas deyib.

“Əgər 2019-cu ildə ticarət dövriyyəsi 30 milyon dollara yaxın idisə, indi bu rəqəm 60 milyon təşkil edir. Bu da o deməkdir ki, iqtisadi əlaqələr də müsbət istiqamətdə inkişaf edir”, – deyə səfir bildirib.

Səfir onu da vurğulayıb ki, Litva Azərbaycanda Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihələri həyata keçirir: “Bakıda demək olar ki, bütün nazirliklərlə layihələrimiz var. Bunlar o qədər də böyük layihələr deyil və onların başa çatdırılması təxminən iki il çəkə bilər”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər