14 C
Baku
Saturday, November 23, 2024

Nazirlər Kabinetindən gömrüklə bağlı dəyişiklik: müddət 1 aya qaldırıldı

Nazirlər Kabineti “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”da dəyişiklik edib. Banker.az xəbər verir ki, qərarı 26 avqust 2023-cü il tarixdə Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Azərbaycanda mülki dövriyyəsi məhdudlaşdırılmış mallar xüsusi icazə olmadan gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, onları keçirən şəxsin seçimi əsasında gömrük ərazisindən çıxarılmalı (bu əraziyə qaytarılmalı) və ya müvəqqəti saxlanc anbarında 1 ay müddətinə yerləşdiril-məlidir. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır.

Buna qədər isə 3 sutka idi.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər