“Forbes” 2023-cü ildə Rusiyanın 20 ən varlı qadınının reytinqini dərc edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Artıq ikinci dəfədir ki, 7 milyard dollarlıq kapitalı olan “Wildberries”in baş direktoru və əsas sahibi Tatyana Bakalçuk siyahıda birinci yeri tutur.
İkinci sırada 2.8 milyard dollar sərvətlə Tatyana Litvinenko yer alır. O, 2022-ci ilin mayında əri Vladimir Litvinenkodan “Fosaqro”da 20.6% pay alıb.
Üçüncü yerdə Əlişer Usmanovun ortağı Andrey Skoçun qızı Varvara Skoç qərarlaşıb. 2020-ci ilin dekabrında o, kapitalı 2.5 milyard dollar olan “USM” holdinqində pay sahibi olub.
Dördüncü yeri 1.85 milyard dollar sərvətlə “Nordgold”un 52% payına sahib olan Aleksey Mordaşovun həyat yoldaşı Marina Mordaşova tutur.
Beşinci sırada 1.55 milyard dollar sərvəti ilə “Çerkizovo” qrupunun səhmlərinin 80%-dən çoxuna nəzarət edən Lidiya Mixaylova yer alır.
İlk onluğa həmçinin “Inteco Management” şirkətinin prezidenti Yelena Baturina (1.3 milyard dollar), “Novatek” şirkətinin yaradıcısı Viktoriya Mixelsonun qızı (1.2 milyard dollar), “PhosAgro” qrupunun yaradıcısı Yevgeni Quryevin həyat yoldaşı (875 milyon dollar), “Lukoil” neft şirkətinin sahibi Yekaterina Fedun (800 milyon dollar) və iş adamı Vladimir Koqanın dul arvadı Lyudmila Koqan (725 milyon dollar) daxil olub.