“PAŞA Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 47 600 manatlıq sığorta məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı üzrə ödənilib.