20 C
Baku
Sunday, September 28, 2025

Dünyanın ən bahalı və nadir qəpikləri hansılardır?

Müasir numizmatika hazırda nəinki ən populyar xobbi, həmçinin bu kolleksiya obyektlərinin artan dəyəri ilə “yaxşı pul qazanmaq” üsuludur. Ən bahalı sikkələr (qəpiklər) hərraclarda adətən öz dəyərindən dəfələrlə baha qiymətə satılır.

Dünyada hazırda bir neçə belə bahalı nümunələr mövcuddur. Kolleksiya edilən sikkənin dəyəri onun yaşına, raritetinə, tarixi əhəmiyyətinə və digər parametrlərə görə təyin edilir.

Beləliklə, dünyanın ən bahalı və nadir sikkələri hansılardır?

  1. “Açıq saçlı azadlıq”

1

Bu sikkə 1794-cü ildə 1 dollar nominalında buraxılmışdı. Hazırda onun üçün təyin edilmiş son qiymət 10 milyon dollardır. Bu ABŞ Federal hökuməti tərəfindən buraxılan dollarla olan ilk sikkədir. Sikkənin tərkibi isə gümüş və misin qarışığından ibarətdir. Azadlıq büstlü sikkənin dizaynını isə o dövrdə məşhur olan ispan dollarının həcmi və ölçüsünə əsaslanan Robert Scott yaratmışdır. Sikkənin digər üzündə isə ənənəvi qartal təsviri öz əksini tapıb.

  1. Braşeri-in sikkəsi

2

Bu sikkə isə 1787-ci ildə 1 sent nominalında buraxılsa da, hazırda son dəyəri 7,4 milyon dollar olaraq qeydə alınıb. Sikkəni nyu-yorklu zərgər Efraim Braşer yaratmışdı. O köhnəlmiş sikkənin yeni dizaynla buraxılmasını təklif etsə də, ştatın qanunverici iclası onun təklifini rədd edir. Bu günə qədər Braşerin bir neçə əl işi qorunub saxlanmışdır. Orijinal nişanlı ən bahalı prototip 2011-ci ildə 7,4 milyon dollara alınmışdı.

 

  1. Kral III Edvardın florini

3

1344-cü ildə 6 şillinq dəyərində buraxılan bu sikkəyə təyin edilən son qiymət 6,8 milyon dollar olmuşdur. Bu florini ingilis kralı III Edvard yanında fəaliyyət göstərən xəzinə buraxmışdı. Hazırda Double Leopard kimi məşhur olan bu sikkə o dövrlərdə bütün Avropada qəbul edilirdi. Buna baxmayaraq, sikkə dövriyyəyə buraxıldıqdan bir neçə ay sonra dövriyyədən geri götürülmüşdü. Buna görə də, bu gün bu sikkə Britaniya numizmatikasının ən nadir nümunəsi hesab edilir və şəxsi numizmatikə 6,8 milyon dollara satılmışdı.

 

  1. Gümüş dollar

4

Bu sikkə 1804-cü ildə 1 dollar nominalında buraxılmışdı. Hazırda isə ən son dəyəri 4,1 milyon dollardır. Bu dollar Edmund Roberts-in diplomatik missiyası tərəfindən Siam kralına hədiyyə edilməsi üçün zərb edilmişdi. Bu yaxınlara qədər sikkə Sultan Maskata məxsus idi. O isə onu şəxsi kolleksionerə 4,1 milyon dollara satmışdı.

  1. Sen Qodenin ikibaşlı qartalı

5

Sen-Qodenin ikibaşlı qartalı 1907-ci ildə 20 dollar nominalında buraxılsa da, hazırda dəyəri 3 milyon dollardır. Sikkənin dizaynını məşhur heykəltəraş Avqust Sen-Qoden yaratmışdı. Sikkənin təsvirinin həddindən artıq çətin olması səbəbindən ondan yalnız əl işi ilə 20 nümunə yaradılmışdı və 1933-cü ilə qədər məhdud tirajlarla buraxılırdı. Hazırda bu sikkənin iki nümunəsi 1907-ci ildə Smitsonov muzeyində nümayiş etdirilmiş, biri hərracda 3 milyon dollara satılmışdı.

  1. Haşimi dinarı

6

Haşimi dinarı 1944-cü ildə 1 dinar nominalında buraxılmışdı. Son dəyəri isə 1 milyon dollardır. Dinar Səudiyyə ərəbistanı tərəfindən xəlifə Ömərin yubileyi şərəfinə zərb edilmişdi. Hazırda bu sikkə tarix boyu Ərəbistan yarımadasında zərb edilmiş ən bahalı sikkədir. Bu nadir dinarın şərəfinə Səudiyyə Ərəbistanında kəndlərin birinə onun adı verilmişdi.

Son xəbərlər
Digər xəbərlər