13 C
Baku
Friday, November 22, 2024

“Absheron Olive Garden” gömrükdə qayda pozdu

“Absheron Olive Garden” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Xəzər Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Hüseyn Hüseynlidir.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyəti regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodudur.

700 ha sahədə İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər yüksək keyfiyyətli sortlardan ibarət zeytun bağları salınıb.

Son xəbərlər
Digər xəbərlər