13 C
Baku
Saturday, November 23, 2024

Bu il Putin Ərdoğanla 10 dəfə telefonla danışıb

Moskva ilə Ankara arasında siyasi dialoq əlverişsiz beynəlxalq vəziyyətə və üçüncü dövlətlərin təzyiqlərinə baxmayaraq, intensiv şəkildə inkişaf edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Türkiyə XİN başçısı Hakan Fidanın avqustun 31-də Sergey Lavrovla aparacağı danışıqlar öncəsi yaydığı məlumatda bildirilib.

 

“Bu il Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müntəzəm əlaqə məsafədən həyata keçirilib. 10 dəfə telefon danışığı baş tutub. Sonuncusu avqustun 2-də olub. Aprelin 27-də prezidentlər “Akkuyu” AES-in 1 saylı enerji blokuna nüvə yanacağının verilməsi münasibətilə təntənəli mərasimdə videokonfrans formatında iştirak ediblər. 2022-ci ildə dövlət başçıları dörd təkbətək görüş keçiriblər (5 avqust Soçidə, iyulun 19-da Tehranda, 16 sentyabrda Səmərqənddə, 13 oktyabrda Astanada).

Dövlət başçılarının müəyyən etdiyi ikitərəfli kommunikasiya tempi Rusiya və Türkiyənin xarici işlər nazirləri tərəfindən fəal şəkildə dəstəklənir. 2023-cü ildə Sergey Lavrovun Türkiyənin keçmiş xarici işlər naziri M.Çavuşoğlu ilə üç şəxsi görüşü olub: martın 1-də Yeni Dehlidə G20 Nazirlər Şurası çərçivəsində, aprelin 6-7-də Ankarada və mayın 10-da Moskvada”, – deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər