29.10.2015-ci il tarixində Bakıda Azərbaycanın aparıcı şirkətləri üçün “Menecmentin yeni dövrü. Biznesinizi uğura necə aparmalı?!” mövzusunda master-klass keçirildi. Seminarın təşkilatçısı isə Almaniyanın Brücke GmbH (Frankfurt) şirkəti oldu.
Tədbirin spikeri olaraq isə Londondan olan dünyaca məşhur natiq, menecment və idarəçiliyin inkişafı sahəsində beynəlxalq avtoritet kimi qəbul edilmiş Colin Turner çıxış etdi.
Colin Turner master-klassda özünəməxsus individual yanaşma və professional araşdırmaçı təcrübəsindən istifadə edərək, seminar iştirakçılarını biznesin uğurlu idarə edilməsi və şirkətə rəhbərlik etmək kimi cəhətlərlə tanış etdi.
Seminarın hər bir iştirakçısı nəinki Colin Turner ilə canlı müzakirədə iştirak etmək və lazımi informasiyaları ələ etmək imkanına sahib oldu, onlar həmçinin praktik təlim materiallarına da yiyələndilər. Qeyd edək ki, bu materiallar bütün dünyada CEO-ların istifadəsi üçün nəzərdə tutulmuşdur.
Liderlik, effektiv menecment, strateji planlaşdırma, innovasiya, komanda yaratmaq bacarığı – istənilən şirkətin effektiv top-menecmentinin sahib olmalı olduğu keyfiyyətlərdir. Brücke GmbH şirkətinin CEO-su Dmitriy Antsupov demişdir: “Biz master-klass iştirakçılarına Avropada biznes-uğur sahəsində dahi hesab edilən Colin Turner-in bölüşdüyü fundamental mövzulardan ibarət “kokteyl” təqdim etməyə çalışdıq”.
Qeyd edək ki, Brücke GmbH – mərkəzi ofisi Frankfurt şəhərində yerləşən beynəlxalq şirkətdir və onun əsas məqsədi Azərbaycanın aparıcı şirkətlərinin biznes sahəsində maksimum rəqabət səviyyəsinin artırılmasının əldə edilməsi ilə top-menecmentin dəstəklənməsidir.