8 C
Baku
Monday, November 18, 2024

“28 gündə dünyada COVID-19-a yoluxma halları 38% artıb” – ÜST

İyulun 31-dən avqustun 27-dək qlobal miqyasda 1.412.250 nəfər COVID-19-a yoluxub və yoluxmaların sayı əvvəlki 28 günlə müqayisədə 38% artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) məlumat yayıb .

Qeyd olunur ki, Şərqi Aralıq dənizində 113%, Qərbi Sakit okean regionunda 52%, Avropada isə 39% xəstələnmə qeydə alınıb.

ÜST-nin məlumatına görə, dörd həftə ərzində ən çox yoluxma  Cənubi Koreya , İtaliya , Böyük Britaniya , Avstraliya və Sinqapurda qeydə alınıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı bəyan etmişdi ki, 2023-cü il iyulun 24-dən avqustun 20-dək dünyada təxminən 1,5 milyon yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə 63% çoxdur. Təşkilat hazırda qeydə alınan halların yoluxma səviyyəsini dəqiq əks etdirmədiyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər