11 C
Baku
Monday, November 25, 2024

İsrail Bəhreyndə səfirlik açıb

İsrailin xarici işlər naziri Eli Koen Manamada ölkəsinin Bəhreyn Krallığındaki səfirliyinin təntənəli açılışında iştirak edib.

Bu barədə nazir “X” sosial şəbəkəsində bildirib.

“Bu, ölkələrimiz arasında münasibətlərin istiləşməsindən xəbər verir”, – nazir qeyd edib.

Qeyd edək ki, sentyabrın 4-də səhər saatlarında İsrailin xarici işlər naziri Eli Koen Bəhreynin vəliəhd şahzadəsi Salman bin Həməd bin İsa Əl Xəlifə ilə görüşüb. Görüşdə regional məsələlər, iki ölkənin terrorizmlə mübarizə öhdəliyi, həmçinin azad ticarət sazişinin təşviqinin vacibliyi və ölkələr arasında təmaslar müzakirə edilib.

Son xəbərlər
Digər xəbərlər