7 C
Baku
Sunday, December 15, 2024

Dəmir yollarında tranzit yük daşınmasından ₼92 milyon gəlir əldə edilib

Azərbaycanda dəmir yollarında tranzit yükdaşımaların həcmi 2023-cü ilin ilk yarısında 3 milyon 531.4 min ton təşkil edib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Yükdaşımaların həcmi ötən ilin əvvəli ilə müqayisədə 4% azalıb. Belə ki, ötən ilin ilk altı ayında ölkə ərazisində tranzit yükdaşımalar dəmir yolları ilə 3 milyon 677 min ton idi.

Lakin tranzit yükdaşımaların həcmi illik müqayisədə miqdar baxımından azalsa da, gəlirlilik baxımından artıb. Məsələn, hesabat dövründə dəmir yolları ilə tranzit yükdaşımalardan 92.15 milyon manat gəlir əldə edilib. Öncəki ilin analoji dövründə 27.7% çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər