10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan şirkətləri Rusiya və Qazaxıstana alkoqolsuz içkilərin ixracını kəskin artırıb, $21.4 mln. gəlir əldə ediblər

Rusiya və Qazaxıstanda Azərbaycanın alkoqolsuz içkilərinə maraq sürətlə artır.

Banker.az xəbər verir ki, 2023-cü ilin ilk yarısında ölkəmizdən xaricə 378.7 min litr həcmində şirin maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular, alkoqolsuz energetik içkilər ixrac edilib. İxrac həcmi 2022-ci ilin eyni dövründən 7, 2021-ci ilin eyni dövründən isə 52 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında qeyd edilir.

Azərbaycan şirkətləri bu məhsulların satışından $22.16 milyon ixrac gəliri əldə ediblər. İxrac edilmiş alkoqolsuz içkilərin 119.7 min litri ($4.88 mln.) Qazaxıstana və 249.2 min litri isə ($16.5 mln.) Rusiyaya ixrac edilib.

İxracın $21.37 mln.-u Rusiya və Qazaxıstanadır.

Rusiya ötən il Ukrayna ərazisini işğal etməyə başladıqdan sonra, Qərb və onun müttəfiqlərinin sərt sanksiyaları ilə üzləşib. Bu sanksiyalar indiyə qədər qeydə alınmış ən ağırıdır. Nəticədə bir çox brendlər, eləcə də alkoqolsuz içki istehsalçıları “Coca-Cola”, “PepsiCo”, “RedBull” kimi iri şirkətlər bu ölkəni tərk ediblər.

Azərbaycanda alkoqolsuz içkinin xaricə ixracındakı kəskin artım onun daxili istehalına da güclü təkan verməkdədir. İlin ilk yarısı ölkə ərazisində bu içkilərin istehsal həcmi 210.97 min litr olmaqla öncəki ilin eyni dövrünü 20% üstələyib.

Son xəbərlər
Digər xəbərlər