Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “SEM-AZ” MMC ilə 2.3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Laboratoriya şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni səyyar fitosanitar laboratoriyasının qurulması, nümunə götürmə və daşınma sisteminin yaradılması, biotəhlükəsizlik səhra laboratoriyasının fəaliyyətinin təmin edilməsi, böhran vəziyyətinin idarə olunması üçün dəstin alınması və maddi-texniki bazanın təkmilləşdirilməsi işləri”nin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2.265.922,14 AZN-dir.