10 C
Baku
Tuesday, November 26, 2024

ABŞ Ukraynaya daha $1 mlrd. maliyyə yardımı edir

ABŞ Ukraynaya 1 milyard dollardan çox maliyyə yardımı edir. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.

“Bu gün biz 1 milyard dollardan çox maliyyə yardımı, o cümlədən 665.5 milyon dollar hərbi və mülki yardım elan edirik”, – deyə Blinken söyləyib.

Blinken Ukraynaya əlavə maliyyə yardımı barədə ölkəyə səfəri zamanı bildirib. Sentyabrın 6-da o, Kiyevə gəlib və Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Denis Şmıxal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Ukrayna Xarici İşlər Nazirliyində çıxışı zamanı Blinken bildirib ki, Vaşinqton Ukraynanın əks-hücumunda “yaxşı irəliləyiş” görür və əlavə edib ki, Kiyevin bunu uğurla həyata keçirməsi üçün lazım olan hər şeyə malik olması ABŞ üçün vacibdir.

Son xəbərlər
Digər xəbərlər