20 C
Baku
Thursday, October 3, 2024

“European Tobacco Baku” kapitalını 45 milyon manatdan 223 min manata azaltdı

“European Tobacco Baku” ASC-nin nizamnamə kapitalı hər bir səhmin nominal dəyərinin azaldılması yolu ilə, 44 635 220 manatdan azaldılaraq, 223 176 manat olub.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105.2. maddəsinə görə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən on beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı surətdə məlumat verməlidir.

Cəmiyyətin kreditorları məlumatı aldıqdan sonra otuz təqvim günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini və çəkdikləri zərərin ödənilməsini tələb edə bilərlər.

Kreditorlardan yazılı tələbləri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 21 ünvanında qəbul edilir.

Son xəbərlər
Digər xəbərlər