18 C
Baku
Tuesday, April 30, 2024

Corcio Armaninin bioqrafiyası

Hər kəs müəyyən dəyərlər sisteminə – onun həyat tərzini, dünyagörüşünü müəyyən edən bir sıra prioritetlərə malikdir. Biri üçün prioritet ailədir, digərləri üçün isə iş və karyera ön plandadır. Corcio Armaninin də şəxsi dəyərlər sistemi var. Kimin üçünsə Vətənə xidmət vacibdir, kimsə özünü yaradıcılığa həsr edir. Corcio Armaninin də öz dəyərlər sistemi var. Bu – ailə, dostluq və yaradıcılıqdır. 

Ailə

20-ci əsrin 30-cu illəri bir çox italyan üçün çox sərt sınaq dövrü olmuşdur. Ölkə dərin böhran keçirirdi, hakimiyyətin başında isə faşist diktator Benito Mussolini dururdu. Belə bir çətin zamanda Uqo Armani və Mariya Raymond ailə həyatı qururlar. Bu, ənənəvi italyan ailəsi idi: Uqo mühasib işləyirdi, Mariya isə təsərrüfatı idarə edir və üç uşağın tərbiyəsi ilə məşğul olurdu. Onların ortancıl uşağı Corcio 11 iyun 1934-cü ildə anadan olmuşdur. Cavan ailənin çətinlikləri çox olsa da, o evdə hökm sürən xüsusi atmosfer sayəsində tez bir zamanda həll olunurdu. Ailə münasibətləri sevgi və dərin hörmət üzərində qurulmuşdu.

Ana vaxtının çoxunu uşaqlarına həsr edirdi. O, incə zövqə malik, yaradıcı insan idi. Məhz incəsənətə sevgini Corcioya aşılayan da o idi. Armaninin ailəsində hamı teatrı sevirdi və tez-tez evdə tamaşa təşkil edirdilər. Yeri gəlmişkən, Armaninin valideynləri doğma Pyaçensa dramatik teatrında tanış olmuşdu – hər ikisi həvəskar tamaşada çıxış ediblər. Onların uşaqları isə kukla tamaşalarına üstünlük verirdi, balaca Corcio isə kuklalar üçün geyimlərə cavabdehlik daşıyırdı. Gələcək dizayner öz öhdəliklərinə çox məsuliyyətlə yanaşırdı: ilk əvvəl o, kiçik detallarına qədər kostyumların eskizlərini çəkir, daha sonra isə əl altında olan materiallardan onları tikməyə başlayırdı. Onun kiçik bacısı Rozana xatırlayır ki, rəfiqələri Corcio tərəfindən onun kuklası üçün tikilmiş kiçik dəri başmaqlara həsəd aparırdılar.

Müharibənin başlaması. Uqo və Mariya uşaqları kəndə yolladılar. Corcio xatırlayır ki, bir dəfə o bacısı ilə birlikdə atəş altına düşürlər. Onlar xəndəkdə gizlənir, Corcio isə öz bacısını balaca gödəkcəsi ilə örtərək gizlətməyə çalışırdı. Müharibə illərində yaşanmış dəhşətli hadisə Corcio Armaninin qəlbində dərin iz qoymuşdu, bu da onun daha iradəli, qərarlı və sərt insana çevrilməsinə səbəb olmuşdu.

Müharibədən sonra ailə Milana köçdü. Gələcəyi düşünmək lazım gəldikdə isə valideynlər Corcionun həkimlik peşəsinə yiyələnməsini istəyirdi. Buna baxmayaraq ki, Corcio kinonu həddindən artıq sevirdi və aktyor olmaq xəyalı ilə yaşayırdı, o valideynlərinə güzəştə getdi və təbabəti öyrənməyə başladı. Cəmi iki il oxuduqdan sonra universiteti ataraq orduya getdi. Lakin əsgəri xidmət onun xəyal etdiyi kimi olmadı. Ordudan istefa verərək La Rinascente univermağında vitrinlərin tərtibatçısı kimi çalışmağa başladı. Həmin vaxtlarda bacısı ona çox köməklik edir: o model olaraq uğurla fəaliyyət göstərirdi və qardaşını dizaynerlərlə tanış edir. Moda dünyasına baş vurmuş Corcio başa düşür ki, bütün ömrünü həsr edə biləcəyi işi tapıb. Corcio Armani dizayner olmaq qərarına gəldi.

1964-cü ildə 30 yaşlı Corcio Armani məşhur dizayner Nino Çeruttinin yanında işə düzəldi. Məqsədyönlü cavan oğlanda istedadı sezən Çerutti Armanini geyimin necə yaradılmasını müşahidə etməsi üçün istehsal şöbəsinə göndərir. Bu, Armani üçün misilsiz təcrübə idi.

Dostluq

1966-cı ildə Armaninin həyatında çox vacib görüş baş tutdu – istirahət zamanı o Sercio Qaliotti ilə tanış oldu. Şən, ünsiyyətcil, həyatsevər memar və təmkinli, sakit dizayner bir-birlərini çox gözəl tamamlayırdı. Bu tanışlıqdan sonra Qaliotti Milana köçür. Məhz Sercio Armanini öz kolleksiyasını yaratmağa ruhlandırdı. 1975-ci ildə Corcio və Sercio bütün pullarını öz işlərini yatırdılar. Onlar hətta köhnə “Volkswagen”-i də satmağa məcbur oldular. Onlar Milanın dar tinlərindən birində kiçik zirzəmi icarəyə götürdülər və işləməyə başladılar. Bu tandemdə onların rolu dəqiq olaraq müəyyən edilmişdi: Armani moda ilə məşğul olurdu, Qaliotti isə mühasibat və reklam işlərini həyata keçirirdi.

armani4

Biznes ağıllı şəkildə təşkil olunmuşdu. Möhtəşəm geyim və düzgün planlaşdırılmış reklam kampaniyası parlaq nəticələrə gətirib çıxardı: hamı Armanidən geyinmək istədi. Artıq 1980-ci ilin sentyabrında Nyu-yorkda həyata keçirilmiş ilk dəfilə uğurlu oldu. Dəfilə əfsanəvi Rokfeller-mərkəzdə baş tutmuşdu. Dostlar bayram edirdilər: ehtiram, uğur, şöhrət, pul – onlar istədikləri hər şeyə nail olmuşdular. Onlar sözün əsl mənasında xoşbəxt idilər və artıq gələcək üçün planlar qururdular. Lakin 1984-cü ildə xəstəlik Sercio Qaliottini əldən saldı. Diaqnoz sanki güllə atəşi kimi səsləndi: QİÇS. Armani ömründə yalnız bir dəfə – onun yeganə dostu bir neçə ay əzab içərisində öldüyü vaxtlarda ümidsizliyə qapılmışdı. Qaliotti 1985-ci ildə dünyasını dəyişdi.

Elə görünə bilərdi ki, Corcio artıq sınıb. Moda dünyasında bir çoxları hesab edirdilər ki, Armani modalar evi bağlanacaq, axı dünyasını dəyişən insan təkcə yaxın dost deyil, həm də iş ortağı idi, Armani özü heç vaxt işlərlə məşğul olmurdu. Lakin Sercionun ölümündən bir neçə ay sonra təqdim olunmuş kolleksiya böyük müvəffəqiyyət qazandı. Bu dəfilə sanki xüsusi imtahan idi. Armani bütün dünyaya sübut etdi ki, o özü şirkəti idarə edə bilər və biznesdə də uğur qazana bilər.

Yaradıcılıq

Hələ Armani cavan olanda – univermaq vitrinlərində manekenləri geyindirdiyi vaxtlardan onun italyan kişilərini geyindirmək kimi arzusu var idi. Tale ona belə bir imkanı yaratdı. O, hesab edirdi ki, geyimlərdə parıltı, şıq və eleqantlıq çatışmır. Onun idealı həmin dövrün dahi aktyorları idi. Armani öz unikal üslubunu yaratdı: dəbdən düşməyən səliqəsiz eleqantlıq.

armandsjs

Yüksək keyfiyyətli parçadan hazırlanmış hərəkəti məhdudlaşdırmayan geyim son dərəcə sadə və bahalı görünürdü. İlk kişi kolleksiyasının uğurundan sonra Corcio Armani qərara aldı ki, o artıq qadınları da geyindirə bilər. İşləyən qadınlara ilk diqqət yetirən də o olmuşdu. O, nə isə fərqli bir şey yaratmaq istəyirdi: eleqant və xoş görünməyə imkan verən rahat geyim. O, bunu edə bildi. Qadın modasına kişi kostyum elementləri əlavə edərək, Armani uşaqlıqdan gördüyü və sevdiyi obrazı yarada bildi. Sadə, zərif və nəfis – onun anası məhz belə geyinərdi.

Armani geyimlərinin inanılmaz uğuru həm də ağıllı şəkildə müəyyən edilmiş məqsəd – kino ulduzlarını geyindimək ilə bağlıdır. Milyonlarla insan kinoaktyorların obrazını təqlid edir. Bir çoxları Riçard Gir və ya Sofi Loren kimi görünmək istəyərdi. Bundan sadə nə var ki? Armani modalar mağazasına girmək kifayətdir. Ulduzların özləri də qırmızı xalçanın üzərinə məşhur dizaynerdən olan geyimlərdə çıxırlar ki, bu da təkcə yaxşı zövqün yox, həm də müəyyən statusun nişanəsidir.

armani3

Nədənsə Corcio Armaninin yaratdığı hər şey çox məşhurlaşır. Bunun səbəbi işinin ustası olan dizaynerin mükəmməlliyətçi olmasıdır. Mükəmməlliyə meyllilik onu sutkada 20 saat çalışmağa vadar edir. O, inanılmaz dərəcədə müvəffəqiyyətli, ağlasığmaz dərəcədə varlıdır, lakin bununla yanaşı tənhadır. O həyatında olan heç kimi öz ürəyinə yaxın buraxmamışdı və ya sadəcə olaraq buraxa bilməmişdi. Lakin istənilən halda Corcio Armani tənhalığı yaradıcılıqla örtərək öz həyati prinsiplərinə sadiq qalır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər