23 C
Baku
Sunday, May 26, 2024

Mərkəzi Bank 1 milyon manatlıq lisenziya alır

Azərbaycan Mərkəzi Bankı “Buz Tech” MMC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankında istifadə olunan standart proqram təminatları üzrə lisenziyaların satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 936.094 manatdır.

Qeyd edək ki, “Buz Tech” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 61 010 manatdır və qanuni təmsilçisi Rauf Rəhimovdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər