17 C
Baku
Wednesday, October 16, 2024

Brentin qiyməti yenidən 91 $/barelin üzərinə qalxıb

Neftin qiyməti dünya birjalarında yenidən bahalaşıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 17:40 radələrində Brent markalı xam neftin bir barreli bahalaşaraq 91.44 dollar təşkil edib. Bu da açılışdan 1.2% bahadır.

ABŞ xam nefti WTI-ın bir barreli isə 0.4% bahalaşmaqla 87.84 dollara qədər yüksəlib.

Qeyd edək ki, neft qiymətləri üçün əsas təsiredici drayver əsas neft hasilatçıları Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü şəkildə istehsalı bir qədər də azaldacağı ilə bağlı xəbərlər olub. Bununla belə pandemiyadan sonra Çin iqtisadiyyatındakı bərpanın gözləniləndən daha zəif baş tutması neft qiymətlərinin daha çox yüksəlməsinə neytrallaşdırıcı təsir göstərir.

Son xəbərlər
Digər xəbərlər