“WhatsApp” tətbiqi müxtəlif messencerlər arasında mesaj mübadiləsi üçün yeni funksiya üzərində işləyirlər. Bu tələb Avropa İttifaqı tərəfindən irəli sürülüb və 2024-cü ilin martından məcburi xarakter alacaq.
“WABetaInfo”nun verdiyi məlumata görə, Android əməliyyat sistemi ilə işləyən mobil cihazlar üçün bu yeni funksiya “Third-party Chats” adlanır.
Hazırda yeni funksiyanın aktiv sınaq mərhələsi hələ başlamayıb və o, istifadəçilər üçün əlçatan deyil. Bununla belə, bu xəbər tərtibatçıların onu tətbiq etmək niyyətindən xəbər verir.