22 C
Baku
Thursday, October 3, 2024

“Beton EM” şirkəti ətraf mühitə ziyan vurub – 12 500 manatadək cərimə

“Beton EM” MMC-yə cərimə protokolu yazılıb.

Banker.az-ın xəbərinə görə, “Beton EM” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.

İş hakim Günel Səmədovanın sədrliyi ilə araşdırılır.

Bu xətaya görə, vəzifəli şəxslər 2 500 manatdan 4 000 min manatadək, hüquqi şəxslər 10 500 manatdan 12 500 manatadək cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər