12 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti $5 mlrd.-dan çox olub

2023-ci ilin ikinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 5.2 milyard dollar təşkil edib.

Bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə azdır. Qeyd edək ki, 2022-ci ilin ikinci rübündə CƏH-in profisiti 10.33 milyard dollar təşkil edib.

“Cari əməliyyatlar hesabının ÜDM-də payı 14.5%-ni təşkil edib”- Samir Nəsirov əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər