Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2023-2024-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Banker.az EIA-nın sentyabr üzrə dərc edilən hesabatına istinadən xəbər verir ki, Azərbaycanın 2024-cü il üzrə gündəlik neft hasilatı proqnozunu 640 min barelə endirib. Ötən ay üzrə proqnozunda 650 min barel idi.
Cari ildə isə bu rəqəm gündəlik 630 min barel təşkil edəcək. Avqustda 630 min barel idi.
Qeyd edək ki, Azərbaycan OPEC+ alyansına üzv olduqdan sonra neft qiymətlərinin bazarda sabit qalması üçün neft hasilatını azaltmalı olub. 2019-cu ildə ölkənin gündəlik neft hasilatının həcmi 800 min barel olduğu halda, 2021-ci OPEC+ razılaşmasından sonra 600 min bareldən aşağı endirilmişdi.