Türkiyə özünün sürət radarını hazırlayıb.
Banker.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Belə ki, uzun illərdir xaricdən alınan sürət radarları da Türk mühəndisləri tərəfindən hazırlanıb.
Türkiyə istehsalı bu radarların xaricdə istehsal olunanlardan daha inkişaf etmiş funksiyalara malik olduğu bildirilir.
Bu radarların Körfəz ölkələri başda olmaqla bir çox ölkəyə ixrac edilməsi nəzərdə tutulur.