Daha 12 marşrut xəttinə 20-dən çox əlavə avtobus buraxılıb.
Banker.az xəbər verir ki, müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı isə 1886-dır.
Hazırda 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus cəlb edilib. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətlərinə buraxılıb.