14 C
Baku
Sunday, November 24, 2024

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfədən çox artıb

Cari ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında 4 min yeni vergi ödəyicisi qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, bunların 89.4%-i fiziki, 10.6%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2.1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1.9 dəfə, hüquqi şəxslərin sayı isə 33 dəfə artıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər