6 C
Baku
Sunday, December 15, 2024

Avropa Parlamenti ekoloji cəhətdən təmiz aviayanacaq haqqında qanunu təsdiqləyib

Avropa Parlamenti (AP) aviasiya sektorunda qabaqcıl bioyanacaq və ya hidrogen kimi ekoloji cəhətdən təmiz yanacaqlardan istifadənin artırılmasına yönəlmiş yeni qanunu təsdiqləyib.

Aviasiya ilə bağlı yeni qaydalar AP-nin Strasburqda keçirilən plenar iclasında 518 lehinə, 97 əleyhinə və 8 bitərəf olmaqla təsdiq edilib.

Qanuna görə, biotullantılardan, tullantı yemək yağından və ya yosunlardan hazırlanan yanacaq tezliklə təyyarələrdə istifadə ediləcək. 2050-ci ilə qədər onların payı təxminən 70 faiz təşkil etməlidir.

Bundan əlavə, 2030-cu ilə qədər CO2 emissiyaları 55 faiz azaldılmalıdır. Aİ Parlamentinin məlumatına görə, nəqliyyat sektorundakı CO2 emissiyalarının 13,4 faizi mülki aviasiyanın payına düşür.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər