9 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank” ucqar dağ kəndlərində məskunlaşmış məktəbliləri hədiyyələrlə sevindirib

Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” xeyriyyə təşəbbüslərini həyata keçirməyə davam edir. Bu dəfə Bank, yeni tədris ilinin başlaması ərəfəsində “Məktəbə qayıdış” adlı xeyriyyə aksiyası keçirib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilən bu aksiya çərçivəsində İsmayıllı rayonunun ucqar dağ kəndlərində yaşayan məktəblilər çanta və digər məktəb ləvazimatları ilə təmin edilib. Beləliklə də 105 nəfər 1-6-cı sinif şagirdlərinə bir illik tədris ləvazimatları çatdırılıb.

Qeyd edək ki, “PAŞA Bank”, korporativ sosial məsuliyyət strategiyasında məktəblilərə və gənclərə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır. Bank, məktəblilər üçün müxtəlif yay düşərgələrinin və tədbirlərin təşkil olunmasında fəal iştirak edir.

Pasha B2S 2023 ismailli report 18

Son xəbərlər
Digər xəbərlər