3 C
Baku
Saturday, December 14, 2024

Çinlilər ilə biznes qurmağa dair 10 tövsiyə

Çinli tərəfdaşlar ilə işləməyə dair çoxsaylı məsləhət və tövsiyələrə rast gələ bilərsiniz. Onlar bəlkə də hər gün qarşınıza çıxır. Bu məqalədə isə biz çinlilər ilə əməkdaşlıq münasibətlərinin mədəni-psixoloji aspektlərinə diqqətinizi yönəltmək istərdik.

1. Çin adət və nənələrini öyrənin. Bilik –gücdür. Çin mədəniyyəti və sizin gündəlik həyatda, evdə vərdiş etdiyiniz hərəkətlər, ya hadisələr arasında istənilən oxşarlıq sadəcə xoş təsadüfdür. Çinlilər –tamamı ilə fərqli mədəniyyətə, dünya görünüşünə və fərqli adətlərə sahib insanlardır. Onların xeyir və şər haqqında anlayışları, prinsipləri, düşər-düşməz hesab etdikləri əlamətləri də fərqlidir. 

2. Çinlilər öz aralarında xaricilərə “laovay” deyirlər. Bu çin dilində “əcnəbi” deməkdir. Lakin bu söz o qədər də müsbət çalar daşımır, nə də qürurlu səslənmir. Əslində çinlilər özünü gizlində dünyanın ən ali təbəqəsi hesab edirlər, çünki Çin –dünyanın mərkəzi, “orta mövqeyə malik” dövlətdir, onun qədimi dili, ənənələri, dili vardır. Buna görə də onlar digər mədəniyyətləri daha aşağı, daha zəif, inkişaf etməmiş hesab edir və bu cür də yanaşırlar.

3. Çinlilərin motivasiyasını anlayın. Çinlilər – patoloji spekulyantdır, onlar necə deyirlər, təpədən-dırnağa alverçidirlər, onları həmişə qazanmaq hissi idarə edir. İstənilən bir çinlinin ən böyük arzusu o qədər pul qazanmaqdır ki, istədiyi dəbdəbəli imarəti ala bilsin və sonra bu imarətin iri eyvanında oturub televizora baxsın ya internetə girsin, həm də nə onun özünün, nə də ki, yaxın qohumlarının elə bir problemi olmasın ki, onu pulla həll etmək mümkün olmasın.

4. Çalışın ki, münasibətləri tələsmədən, asta-asta qurasınız. Çində hər şey “quansi” üzərində qurulur, bu isə adi tanışlıqdan və avtoritetdən daha çox şey deməkdir, bu biznes-incəsənətidir, işdə uğur qazanmağın təməldir. Daha primitiv mənada isə bu situasiyadan asılı olaraq, qarşılıqlı iltifatlar mübadiləsidir. Sizə bir göz qırpımında “çoxlu nüfuzlu dostlar və yeni güclü əlaqələr” qazanmağı vəd edən insanlardan uzaq olun.

5. Zaman –Çində pul demək deyil. Çinlilər «opportunity cost»-a inanmırlar. Hətta adi işgüzar danışıqlar belə uzun müddətdə uzadıla bilər. Ona görə saysız-hesabsız iş görüşmələri həlqəsinə düşməkdən yayının, çünki bu sizi yaxşı heç nəyə gətirib çıxarmayacaq.

6. Həqiqət, dəyər, xoş məramlılıq və uzunmüddətli fayda – mədəniyyətdən asılı olaraq şərti məna daşıyan anlayışlardır. Sizin standartların və prinsiplərin burada da işə yaramasına və onlara riayət edilməsini gözləməyin. Uzunmüddətli və etibarlı həmkarlarınız ilə münasibətdə ehtiyatlı və rəsmi davranın. Çin əməkdaşlığı belə bir prinsipə əsaslanır: “necə edəsən ki, səni tilova salmamış, sən onları tilova salasan”. Bu zaman çinlilər arasında bu proses “üzünü itirmək, pulunu və ya azadlığını itirmək kimi məhrumiyyətlər ilə məhdudlaşır. Amma əcnəbilər ilə iş qurmağa gələndə çinlilər heç nədən qorxmurlar.

7. Paylaşmağa hazır olun. “Öz payını qoparmaq” Çində kifayət qədər əxlaqi hərəkət hesab olunur. Vasitəçi həm satıcıdan, həm də alıcıdan komisyon haqqı alır, özü də vicdanı onu heç incitmir. Çinlilər arasında bu ümum qəbul olunmuş qaydadır, onun nə müzakirəsinə, nə də mübahisəsinə ehtiyac duyulmur.

8. Nə açıq, nə də üstü örtülü münaqişələrə girməyin. Heç kəsi alçatmayın, nə də çinliləri “üzünü itirməyə” məcbur etməyin. Çinlilər kinli və qisasçıdır.

9. Çinlilər heç zamanı sözü bir-başa demir, onlar həmişə vasitəli nitqdən istifadə edir, dolayı və ikimənalı, bəzək-düzəkli danışırlar. Ona görə də özünü itirməyə, hislənməyə və tələb etməyə dəyməz. Sadəcə daha diqqətlə qulaq asmaq lazımdır ki, sətiraltı deyilənləri başa düşmək mümkün olsun.

10. Tələsməyin. Çin heç yana qaçmır. İndi, gələn il, ya beş ildən sonra, o həmişə oradadır. Müxtəlif təzyiqlər altında “getməkdə olan” qatara çatmaq üçün müqavilə imzalamaq və ya sövdə bağlamağa razılaşmayın. Əslində bəlkə 4000 ildir ki, bu qatar stansiyadan çıxmır.

Son xəbərlər
Digər xəbərlər