2023-сü ilin yanvar-avqust aylarında 458.9 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52.1 faiz, maşın və avadanlıqların istehsalı 14.9 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 17.7 faiz azalıb.
2023-сü ilin yanvar-avqust aylarında 1942 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 553 ədəd çox minik avtomobili istehsal olunub. 01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 454 ədəd olub.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 23.5 faiz artıb. 01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 12 ədəd olub.