“WhatsApp” Rusiyada bloklana bilər.
Buna səbəb “WhatsApp”ın kanallar funksiyasını işə salmasıdır. Belə ki, kanallar funskiyası Rusiyada informasiyanın kütləvi yayılması ilə bağlı qanunla tənzimlənməlidir. Bu səbəbdən “WhatsApp”-ın Rusiyadakı fəaliyyəti ilə bağlı rəsmi mövqeyə yenidən baxıla bilər.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Rusiya ərazisində “WhatsApp”ın daxil olduğu “Meta”-nın “Facebook” və “İnstagram” şəbəkələri bloklanıb.