20 C
Baku
Sunday, October 6, 2024

“Arm” şirkəti səhmlərini NASDAQ birjasında yerləşdirdiyini elan edib

Dünyanın ən böyük mikroçip istehsalçılarından biri “Arm Holdings” şirkəti səhmlərini Nyu-Yorkun NASDAQ birjasında yerləşdirdiyini elan edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Səhmlərin yerləşdirmə qiyməti 51 dollar olub. Şirkət öz səhmlərinin 95.5 milyonunu bu qiymətə yerləşdirib (bütün səhmlərin təxminən 10%-) və 4.87 milyard dollar gəlir əldə edib. Qeyd edək ki, “Arm Holdings” 54.5 milyard dollar dəyərində qiymətləndirilib. İnvestorlar növbəti 30 gün ərzində daha 7 milyon səhm ala biləcəklər.

“Intel”, “Apple”, “Nvidia”, “TSMC”, “Samsung” və başqaları “Arm Holdings”in səhmlərini almağa maraq göstərirlər. Onlar Britaniya şirkətinin səhmlərini ümumilikdə 700 milyon dollara alıblar.

Son xəbərlər
Digər xəbərlər