Füzuli şəhərində təməli qoyulan peşə təhsili liseyinin layihələndirmə işi bitib, noyabr ayından tikinti işlərinə başlanılacaq.
Bunu Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, işğaldan azad edilən ərazilərdə 8 peşə təhsili müəssisəsi tikiləcək.