Azərbaycan Respublikası Baş Prokurorluğu “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri Nəsimi, Nərimanov, Binəqədi rayon prokurorluqlarının yeni inzibati binalarının, Bakı şəhər prokurorluğunun istismarı üçün yeməkxana, inzibati otaqlar və 141 nəfərlik iclas zalının tikinti işlərinin satın alınması nəzərdə tutulub.
Müqavilənin ümumi dəyəri isə 10 222 299 manatdır.