13 C
Baku
Saturday, November 23, 2024

Ərdoğan: Avropa İttifaqı ilə yollarımızı ayıra bilərik

“Avropa İttifaqı Türkiyədən qopmağa, uzaqlaşmağa çalışır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclası üçün ABŞ-a getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Aİ-nin Türkiyədən uzaqlaşmaq istiqamətində səylər göstərdiyi zamanda Türkiyə də lazımi qiymətləndirmələr aparacaq. “Bu qiymətləndirmələrimizdən sonra lazım olarsa Aİ ilə yollarımızı ayıra bilərik”, – Ərdoğan qeyd edib.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər