13 C
Baku
Monday, September 30, 2024

Biznesmenlərin pula olan münasibəti

Hazırda bir çox insanlar cavan yaşlarında öz bizneslərini qurmağa meyllidir və bu onlarda heç də pis alınmır. Iyirmi-otuz yaşlarında onlar artıq öz milyonlarını qazana bilirlər.

Lakin qarşımıza cavablanmağa çalışdığımız bir çox sual çıxacaq: “Biznesmenlər öz pullarına necə münasibət bəsləyirlər?”. Bu sual ilə bağlı Ümumdünya hörümçək torunda çoxlu hekayə və nağıllar gəzir. 

Tərəfimizdən irəli sürülmüş problemlərin müzakirəsinə birbaşa keçək. İlk növbədə bizə maraqlıdır ki, iri kapital sahibi biznesmenlər özlərinə belə bir sual verirlərmi: “Pul nədir və onu düzgün şəkildə hara xərcləmək olar? Biz tez-tez onların nə qədər möhtəşəm kottec və avtomobillərə sahib olduqlarını televizorda müşahidə edirik.

Onlar özlərini heç nədən məhrum etmirlər: hər gün səhər yeməyi, nahar və şam yeməklərini restoranlarda yeyir və hər ay öz avtomobillərini dəyişirlər. Digərləri isə öz biznesinin inkişafı üçün külli miqdarda pul yatırımı edirlər, daha doğrusu nəfsə uymadan pulu ağılla istifadə edirlər.

Fikirləşirəm ki, məhz ikinci tip biznesmenlər ölkəni inkişaf etdirir və onun dünya iqtisadiyyatında irəliləməsinə səbəb olur, ÜDM-u artırır və sizin həyatınızı daha yaxşı edirlər.

Onlar pulun nə olduğunu bilir və onun qazanılması yolları, mənfəət əldə etmək üçün hara yatırmaq lazım olduğunu və onu necə idarə etməli olduqlarını da bilirlər. Məhz bu keyfiyyətlər onları biznesmenə çevirir.

Bu insanlardan heç biri zəngin olmayıb, pulları da az olub, lakin öz bilik və fərasətləri sayəsində milyonlar qazanmağın metodlarını fikirləşib tapıblar. Istənilən biznes kapital qoyuluşu tələb edir, onlar olmadan siz biznesi inkişaf etdirib irəli çəkə bilməyəcək, uyğun olaraq da gəlir əldə edə bilməyəcəksiniz.

Bir çox biznesmenlər öz bizneslərinin inkişafında bir neçə uğur əldə etdikdən sonra digər layihələrə pul yatırmağa başlayırlar ki, bu da daha çox gəlir gətirir. Belə də olmalıdır. Onlar yerində saymırlar, inkişaf edirlər.

Təkcə özlərini deyil, həm də bizneslərini inkişaf etdirərək digərlərlərindən fərqlənir, daha gəlirli və məşhur olurlar. Bir çox biznesmenlər öz strategiyalarına sadiqdir, çünki məhz o sizin öz kapitalı olan gələcəyin biznesmeni kimi uğur qazanmanıza səbəb olacaq.

Son xəbərlər
Digər xəbərlər