13 C
Baku
Monday, September 30, 2024

Uğurlu şirkətlərin xarakterik cəhətləri

1. İri miqyaslı bazarlarda çıxış imkanı. Bu, bu və ya digər dərəcədə istənilən uğurlu şirkətlərə aiddir. Şirkətin layiqli rəhbəri daima biznesin inkişafı haqqında fikirləşir. Əgər nə isə alınmasa belə, onda böyük bazarlarda manevr etmək üçün yer mövcuddur.

2. Unikal məhsulun təklif edilməsi. Bu, uğurlu şirkət olmaq üçün vacib şərtlərdən biridir: bazara artıq çıxarılmış məhsulu təkrar etməmək, nə isə unikal bir şey tapmaq. Əks halda, rəqabət şəraitində bu mənfəətin az olması ilə nəticələnəcək.

3. Təkrar satış təcrübəsi. Daha doğrusu, nə vaxtsa nəsə almış müştəri daimi müştəriyə çevrilir. Bunun əsas səbəbi müştərinin həmin xidməti göstərən eyni bir dilerin tamamlayıcı ehtiyat hissələrinə ehtiyacın yaranmasıdır (eyni bir operatora bağlanmaq şərti ilə avto və mobil telefonlarının alışı).

4. Effektivliyin artırılması. Şirkətlər biznesin dəstəklənməsinə deyil, onun daha da inkişaf etdirilməsinə vaxt ayırır. Nəticədə, məhz bu azad həyatı təmin edir.

5. Müştərilərə göstərilən xidmətin qeydinə qalmaq. Bu şərt – istənilən şirkətin mütləq uğur təminatıdır. Xidmətin keyfiyyətinə fikir verilməməsi firmanın imicinə mənfi təsir göstərəcək və tədricən işləmək daha çətin olacaq.

6. Reputasiya. Reputasiyaya fikir verilməsi – istənilən şirkət üçün çox vacibdir, belə ki istənilən neqativ hadisə öz əksini internetdə tapacaq, istənilən mənfi şərh isə biznesə son dərəcədə zərərli təsir göstərəcək.

Son xəbərlər
Digər xəbərlər