Rusiya Prezidenti Vladimir Putin oktyabrda Pekində Çin lideri Si Cinpinlə danışıqlar aparmağı planlaşdırır.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Çin xarici işlər naziri Vanq İ ilə görüşündə bildirib.
O, Moskvanın oktyabrda Putin və Si Cinpin arasında təfərrüatlı danışıqlara ümid etdiyini söyləyib.
Qeyd edək ki, Moskvada strateji təhlükəsizlik üzrə Rusiya-Çin məsləhətləşmələri keçirilir.