7 C
Baku
Thursday, December 12, 2024

“Embafinans” BOKT-un yarım ildəki maliyyə vəziyyəti açıqlandı

BOKT “Embafinans” QSC 2023-cü ilin ilk 6 ayını 2 milyon 82 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövründə BOKT-un mənfəəti 1 milyon 788 min manat olub ki, bu da illik müqayisədə 16.4% artıb.

Banker.az bu barədə BOKT-un yarımillik hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Embafinans” BOKT-un faiz gəlirləri 5 milyon 611 min manat, qeyri-faiz gəlirləri 1 milyon 119 min manat, faiz xərcləri 1 milyon 585 min manat, qeyri-faiz xərcləri isə 2 milyon 367 min manat olub.

Xatırladaq ki, “EmbaFinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. QSC-nin səhmlərinin 86%-i Elşad Abbasova və 14%-i isə Tamara Polyakovaya məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər