10 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanda sahibkarlara güzəştli kreditlər verilməsi üçün məqsədli limit ayrılacaq

2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı məqsədli limitin ayrılması nəzərdə tutulur.

Bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulub.

Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Kənd Təsərrüfatı Nazirliyidir.

Bundan başqa, muxtar respublikada sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə təşviqat tədbirlərinin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin (sahibkarların) dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər