®”Rabitəbank” ASC “Yeni Lənkəran filialının şəbəkə (videomüşahidə, yanğın siqnalı, ups və şəbəkə xəttləri) işləri” ilə bağlı tender elan edir.
Tenderin texniki şərtləri, layihələr PDF, Smeta haqqında məlumatları link-ə keçid edərək əldə edə bilərsiniz: https://rbt.az/lnk
Qeyd:
- İcra müddətinin təklifinizdə qeyd edilməsi zəruridir,
- Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq),
- Dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olan,
- Qeyd olunan sahə ilə bağlı lisenziya,
- Referanslarınızı və tövsiyyə məktublarınızı göndərməyiniz xahiş olunur.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər əlavə suallarla bağlı ([email protected], [email protected]) email ünvanlarına və ya (051-271-48-48) nömrəsinə müraciət edə bilərlər.
Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləyərək aidiyyatı tenderin adını qeyd etməyiniz və 02.10.2023-ci il, saat 12:00 kimi “Rabitəbank” ASC-nin Satınalmalar şöbəsinə, Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərməyiniz xahiş olunur.