9 C
Baku
Friday, December 13, 2024

Yaponiya, Cənubi Koreya və Çin üçtərəfli sammitin bərpası üçün danışıqlar aparacaq

Sentyabrın 26-da Cənubi Koreya, Çin və Yaponiya Seulda 2019-cu ildə dayandırılmış üçtərəfli sammitin bərpası planlarını müzakirə etmək üçün bir sıra görüşlər keçirəcək.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Cənubi Koreyanın Yaponiyadakı səfiri Yun Dok Min bildirib ki, ölkələri arasında münasibətlər çox sürətlə inkişaf edir və bunu Çinlə əməkdaşlıq haqqında demək olmaz.

“Qonşu ölkələr bir-biri ilə üz-üzə gəlməkdənsə, əməkdaşlıq etsələr, bir-biri ilə anlaşsalar, regionun sabitliyi üçün daha yaxşı olardı”, – diplomat qeyd edib.

Sammitin bərpası ideyası BMT Baş Assambleyası zamanı Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri tərəfindən irəli sürülüb. Sentyabrın 26-da isə üç ölkənin rəsmiləri müvafiq danışıqlar aparacaqlar. Bundan əlavə, Çin Sədri Si Cinpin və Cənubi Koreyanın Baş naziri Han Dak Su idman tədbiri çərçivəsində görüşəcəklər.

Yun həmçinin siyasi gərginliklər fonunda ticarət axınlarını sabit saxlaya biləcək təkmilləşdirilmiş əlaqələri möhkəmləndirmək üçün Yaponiya ilə daha bir bəyannamə əldə etmək istədiyini söyləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər