Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) üzrə yığımların həcmi 2023-cü ilin ilk 8 ayında 107 milyon manatı keçib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik məlumatlarında qeyd edilir.
Hesabatda qeyd edilir ki, ilin yanvar-avqust aylarında 107.62 milyon manat AVİSMİS-dən sığorta haqqı yığılıb. Bu da illik müqayisədə 81% artıb. Bununla belə, şirkətlərin sığorta ödənişlərinin həcmi də illik müqayisədə 19% azalaraq 64.77 milyon manata düşüb.
Bu da şirkətlərin sığorta haqları ilə sığorta ödənişlərinin fərqini müsbət 42.85 milyon manat olub. Bu 2022-ci ilin eyni dövründə 10.41 milyon manat idi.
Azərbaycan Mərkəzi Bankının 1 noyabr 2022-ci il tarixdən “zərər görənin sığortaçısı” ödənişi qarşılaması qaydasının qüvvəyə minib və icbari avtosığorta haqları yeni qaydada hesablanır.