24 C
Baku
Thursday, October 10, 2024

DVX şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını istəyir

Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycanda bir neçə şirkətin rəhbərliyində işləmiş şəxs barəsində ölkədən xaricə çıxışına “stop” qoyulmasını istəyir.

Banker.az xəbər verir ki, bu, Həsənov Vaqif Əmirçoban oğludur. Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə 29.09.2023-cü il tarixdə müraciət edərək, Vergi ödəyicisi olan şirkətin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatla bağlı müraciət edib.

İşə hakim Emin Əliyev hakimlik edəcək və onun ölkədən çıxışına “stop” qoyulub-qoyulmayacağı yalnız məhkəmədən sonra məlum ola bilər.

Qeyd edək ki, Vaqif Həsənov bundan öncə “Garant Holding”də çalışıb. Hazırda isə “Fazzura Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir.

Son xəbərlər
Digər xəbərlər