10 C
Baku
Thursday, December 12, 2024

Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçirilir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilir.

İctimai dinləmədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məhəmməd Abbasbəyli və İqtisadiyyat Nazirliyinin əlaqədar vəzifəli şəxsləri, parlamentdə təmsil olunan müxalif partiyaların nümayəndələri, sahibkarlar assosiasiyalarının, ticarət palatalarının, QHT-lərin təmsilçiləri, ekspertlər və mütəxəssislər iştirak edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər