12 C
Baku
Saturday, November 23, 2024

“Türk İnvestisiya Fondu”nun tərkibində İşçi Qrupunun yaradılması təklif edilib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iştirakı ilə bu ilin martın 16-da yaradılmış “Türk İnvestisiya Fondu”nun tərkibində İşçi Qrupunun yaradılması təklif edilib.

Bunu Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Abulkhair Tamabek Türk Dövlətlərinin II Aqrobiznes Forumunda deyib.

O qeyd edib ki, bu İşçi Qrupu kənd təsərrüfatı sahəsində dövlət qurumlarını, iş adamlarını investorları bir araya gətirə bilər: “Biz təşkilatın potensialından istifadə etməliyik. Bu gün Bakıda keçirilən toplantılardan sonra dövlətlər arasında yeni əlaqələr yaradılacaq, yeni layihələr həyata keçirilə biləcək”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin mayın 30-da “Türk İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il martın 16-da Ankara şəhərində imzalanmış Sazişi təsdiq edib.

“Türk İnvestisiya Fondu”nun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər