17 C
Baku
Friday, October 18, 2024

ABŞ Suriyaya $115 mlrd. iqtisadi ziyan vurub

Suriya ABŞ-ın işğalçı qüvvələrinin hərəkətlərini pisləyir və öz ərazisində qeyri-qanuni Amerika hərbi mövcudluğuna son qoyulmasını tələb edir.

Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı Ərəb Respublikasının dünya təşkilatındakı daimi nümayəndəsi Bassam Sabbaq deyib.

“Suriya beynəlxalq ictimaiyyətin diqqətini onun təbii sərvətlərinin Amerika Birləşmiş Ştatları tərəfindən sistematik şəkildə talan edilməsinə cəlb edir. Hökumətimiz ABŞ-dan oğurlanmış neft ehtiyatları və buğdaya görə təzminat tələb edir”, – deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, Suriya tərəfi ABŞ-ın son illərdə vurduğu iqtisadi ziyanı 115 milyard dollar məbləğində qiymətləndirir:

“Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurası ABŞ-ı məsuliyyətə cəlb etməli və onu ərzaq və yanacağa ehtiyacı olan Suriya əhalisinin itkilərini kompensasiya etməyə məcbur etməlidir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər