ABŞ Rusiya Federasiyasına yardım etdiyi iddiası ilə İran, Çin və BƏƏ-nin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.
ABŞ-ın Maliyyə Nazirliyi “qara siyahıya” daxil edilmiş fiziki və hüquqi şəxslərin İranın “Shahed” tipli PUA-larının ən mühüm komponenti olan mühərriklərin alınması üçün təchizat və maliyyə əməliyyatları həyata keçirdiyini bildirib.
Nazirlik Rusiyanın həmin “Shahed-136” PUA-larını Ukraynada tətbiq etdiyini bildirib.
Sanksiyalar siyahısına daxil edilməsi həmin şəxs və şirkətlərin ABŞ-dakı aktivlərinin dondurulması və ABŞ vətəndaşları ilə bu sahədə iş aparmasının qadağan edilməsi deməkdir.