ABŞ-da xam neft ehtiyatlarının kəskin düşməsi və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC+ ölkələrinin ixtisarından qaynaqlanan sərt qlobal tədarüklə bağlı narahatlıqlar qiymətləri artırıb.
Banker.az xəbər verir ki, Brent neftinin fyuçers qiyməti ötən gün 1 dollar bahalaşıb və bahalaşmanı bu gün də davam etdirərək 94.87 dollar/barel təşkil edib.
Azərbaycan neftinin spot qiyməti qiyməti isə 3.4% bahalaşaraq 102.7 dollar/barel olub.
Ötən gün ABŞ-də xam neft ehtiyatları keçən həftə 2.2 milyon barrel azalaraq 416.3 milyon barelə düşdüyü açıqlandı. Analitiklər gözlədiyi 320 000 barrel azalma səviyyəsini çox üstələdi.