26 C
Baku
Thursday, October 10, 2024

Azərbaycanda şirkət işçilərin əmək hüquqlarını pozduğu üçün ₼20 min cərimələndi

“Şirvan-Xidmət” ASC tərəfindən işçilərin əmək hüquqlarının pozulmasına dair vətəndaş müraciəti əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Banker.az Baş Prokurorluğa istinadən xəbər verir.

Araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı “Şirvan-Xidmət” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Şirvan şəhər Məhkəməsinin qərarı ilə ASC 20 min manat məbləğində cərimə edilib.

Son xəbərlər
Digər xəbərlər